ABŞ-ın İllinoys ştatında atışma nəticəsində azı 6 nəfər ölüb, 20-dən çox adam yaralanıb – YENİLƏNİB 1


ABŞ-nin İllinoys ştatında “Highland Park” paradında baş verən atışma baş verib.
APA-nın “CNN”ə istinadən verdiyi xəbərə görə, atışmada ən azı 6 nəfər ölüb, iyirmidən çox adam yaralanıb.
Yerli polis hadisəni şəxsiyyəti hələlik dəqiqləşdirilməmiş, lakin 18-20 yaş arası ağdərili bir oğlanın törətdiyini bildirib.
***
Saat 21:39
ABŞ-da Müstəqillik Günü ilə bağlı keçirilən paradda atışma zamanı ölənlər olub.
APA “New York Times” qəzetinə istinadən xəbər verir ki, İllinoys ştatının “Highland Park” ərazisində baş verən hadisə nəticəsində iki nəfər ölüb.
Hadisədən sonra parad ləğv edilib.
***
Saat 21:07
ABŞ-da Müstəqillik Günü paradı zamanı atışma baş verib.
APA CNN-ə istinadən xəbər verir ki, atışma Çikaqodan təxminən 40 kilometr şimalda yerləşən İllinoys ştatında olub.
Yerli hakimiyyət paradın ləğv edildiyini bildirib və həmçinin vətəndaşlara şəhərin mərkəzindən uzaq durmağı tövsiyə edib.
Hadisə şahidlərinin sözlərinə görə, ən azı 20-25 atəş səsi eşidilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.