Bakı-Sumqayıt qatarlarının hərəkətində gecikmə yaranıb


Bakı-Sumqayıt qatarlarının qrafikində gecikmə yaranıb.
“APA-Economics” xəbər verir ki, 07:45 və 08:00-da Sumqayıt dəmiryolu stansiyasından Bakıya yola düşməli olan qatarlar 10 dəqiqə gecikmə ilə hərəkət edib.
Məlumata görə, gecikməyə səbəb qatarlarda yaranan texniki nasazlıq olub. Hər iki qatar mənzil başına 10 dəqiqə gecikmə ilə çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.