Bakıda binalardan birində liftindəki nasazlıq bir nəfərin xəsarət alması ilə nəticələnib – VİDEO – YENİLƏNİB 1


İyulun 04-ü paytaxtın Nərimanov rayonu Həsənoğlu küçəsi ev 6 ünvanında yerləşən hündürmərtəbəli binanın liftində texniki nasazlıq səbəbindən əyləcin tutmamasına görə liftin qəflətən bir mərtəbədən sürətlə digər mərtəbəyə düşməsi nəticəsində 1974-cü il təvəllüdlü Zəhra Məmmədovanın ayağından xəsarət alaraq xəstəxanaya yerləşdirilməsi müəyyən edilmişdir.Hazırda faktla bağlı Nərimanov rayon prokurorluğunda araşdırma aparılır.
***
Saat 22:43
Bakıda Nərimanov rayonu İzəddin Həsənoğlu küçəsində liftin qırılması nəticəsində bir nəfər xəsarət alıb.
Bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova APA-nın sorğusuna cavab olaraq bildirib.
Onun sözlərinə görə, xəsaraət alan 48 yaşlı Zəhra Həsənova topuğun travması diaqnozu ilə özəl xəstəxanalardan birinə yerləşdirilib.
Daxili işlər Nazirliyinin mətbuat xidməti faktı APA-ya təsdiq edib.
Nazirlikdən bildirilib ki, hadisə nəticəsində ölən yoxdur.
***
Saat 22:32
Bakıda yeni tikilən binalardan birində lift qırılıb.
APA xəbər verir ki, hadisə Nəriman Nərimanov rayonu İzəddin Həsənoğlu küçəsindəki binalardan birində baş verib.
Sosial şəbəkələrdə bununla bağlı video paylaşılıb.
Xəbər yenilənəcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.