Ermənistan Təhlükəsizlik Şurasının katibi KTMT-dən ümidini üzüb

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanın gözləntilərini doğrultmayıb.

APA xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Azadlıq” radiosuna açıqlamasında deyib.

O bildirib ki, KTMT-yə müraciət edərkən Ermənistanın gözləntisi Azərbaycana qarşı hərbi-siyasi yardım əldə etmək olub, lakin bu, yerinə yetirilməyib.

Armen Qriqoryan əlavə edib ki, KTMT-nin Qazaxıstana qoşun göndərməsi zamanı təşkilatın mexanizmlərinin nəhayət işləyəcəyi və presedent yaranacağı ilə bağlı onda ümidlər yaranıb, lakin artıq bu ümidlər yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.