Londonda yaşayan azərbaycanlılar Ermənistan səfirliyinin qarşısında dinc etiraz aksiyası keçirib – FOTO – VİDEO

Ermənistanın Londondakı səfirliyinin qarşısında etiraz aksiyası keçirilib.

APA-nın Britaniya bürosu xəbər verir ki, Londonda yaşayan azərbaycanlılar Ermənistan səfirliyinin binasının qarşısına toplanaraq “Vətənə Dayaq Olaq” adlı dinc aksiya keçiriblər.

Aksiyada Britaniya Azərbaycan Cəmiyyəti, Britaniya Azərbaycanlıları Assosiasiyası təşkilatının üzvləri, Londonda yaşayan azərbaycanlı tələbələr və digərləri iştirak ediblər.

Aksiya zamanı Azərbaycan mədəni irsinin dağıdılması, ölkəmizin ərazilərində basdırılmış minalar, itkin düşmüş azərbaycanlılarla bağlı lövhələr tutulub.
Aksiyada Azərbaycanın sülh istədiyinə diqqət çəkilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.