Azərbaycanın pambıq ixracı azalıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan 174 135,81 min ABŞ dolları dəyərində pambıq ixrac olunub.

“APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ixracın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 4,9% azalıb.
Cari ilin ilk səkkiz ayında qeyd olunan məhsulların ixracda xüsusi çəkisi 0,66%-ə bərabər olub.
Hesabat dövründə ölkədən 145 268.06 min dollar dəyərində 62 034,33 ton pambıq lifi ixrac olunub ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən müvafiq olaraq dəyər göstəricisi üzrə 0,1% çox, həcm göstəricisi üzrə isə 34,2% azdır.
Cari ilin yanvar-avqust ayları ərzində ölkədən 26 283,9 min dollar dəyərində (azalma 25,1%) 6 346,57 ton (azalma 48,2%) iplik pambıq ixrac olunub.
Pambıq idxalının dəyəri 4 022,48 min dollar olub ki, bu da ötən ilin müvafiq göstəricisindən 17,3% çoxdur. Bu ilin ilk səkkiz ayı üzrə pambığın ümumi idxalda xüsusi çəkisi 0,05% təşkil edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.