Elin Süleymanov: “Ermənistanın mina qoymağa olan xroniki aludəçiliyi bütün razılaşmalara ziddir”

Ermənistanın mina qoymağa olan xroniki aludəçiliyi bütün razılaşmalara və əsas insan haqlarına ziddir.

APA xəbər verir ki, bunu Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov “Twitter” səhifəsində yazıb.

“Bunun yalnız bir məqsədi var – mülki insanları öldürmək və sülh üçün tərəqqiyə zərbə vurmaq! Qonşu torpağının qanunsuz işğalı kimi, Ermənistan da öz pis, köhnə vərdişlərindən əl çəkməlidir”, o deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.