“Kəpəz” – “Qarabağ” oyununda kütləvi dava düşüb, 7 futbolçu diskvalifikasiya olunub

AFFA-nın İntizam Komitəsi U-17 Liqasında yaşanan xoşagəlməz hadisənin günahkarları cəzalandırıb.

Apasport.az saytının məlumatına görə, insident V turun “Kəpəz” – “Qarabağ” oyununda baş verib.

Görüşün 86-cı dəqiqəsində bir qrup futbolçunun iştirakı ilə kütləvi dava-dalaş baş verib. Nəticədə hakim 7 nəfərə – “Kəpəz”in qapıçısı Cəfər Abbasov, futbolçuları Ülvi Cabbarov, Hüseyn Hüseynov, Qaya Nəsibov, həmçinin “Qarabağ”ın oyunçuları Elton Babazadə, Kamil Sadiqov, Sabir Rzazadə qırmızı vərəqə verib.

AFFA bu oyunçuların hamısını cəzaya layiq görüb. Hər oyunçu 6 matçlıq diskvalifikasiya edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.