Qırğızıstan Tacikistanla sərhəddə gedən döyüşlərdə 24 nəfərin öldüyünü bildirir

Qırğızıstan Tacikistanla sərhədində baş verən qarşıdurmalarda 24 nəfər ölüb.

APA-nın məlumatına görə, bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyi məlumat yayıb.

“Əməliyyat məlumatlarına əsasən, 24 nəfərin meyiti Batken vilayətinin səhiyyə qurumlarına daxil olub”, – məlumatda deyilir.

Xatırladaq ki, Qırğızıstan-Tacikistan sərhədində gərginlik sentyabrın 14-də baş verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.