Tacikistan sərhədində yaralanan Qırğızıstan vətəndaşlarının sayı 103-ə yüksəlib

Tacikistanla sərhəddə toqquşmalar zamanı xəsarət alan Qırğızıstan vətəndaşlarının sayı 103-ə çatıb.

APA xəbər verir ki, bu Qırğızıstan Səhiyyə Nazirliyi məlumat yayıb.

Yaralılardan onlardan 5-i ambulator müalicəyə göndərilib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, zərərçəkənlərin əsasən bədənin müxtəlif nahiyələrində qəlpə və güllə yaraları var.

Bundan əvvəl 24 nəfərin öldüyü, 87 nəfərin isə yaralandığı barədə məlumat verilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.