Türkiyə Rusiyadan idxal etdiyi qazın 25 faizinin dəyərini rublla ödəyəcək

Türkiyə Rusiyadan idxal etdiyi qazın dörddə birinin – 25 faizinin dəyərini rublla ödəyəcək.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündə bildirib.

Putin Türkiyəyə qaz tədarükünün bütün istiqamətlərdə artırılacağını söyləyib.

“Türkiyə enerji resurslarımızın, o cümlədən qazın təkcə öz ehtiyacları üçün deyil, həm də Avropa İttifaqı ölkələrinə tədarükü üçün ən etibarlı marşrutlardan birinə çevrilib. Avropaya qaz nəqli “Türk axını” ilə fasiləsiz həyata keçirilir”, – Rusiya Prezidenti vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.