ABŞ prezidenti Londona gəlib

ABŞ prezidenti Co Bayden kraliça II Elizabetin dəfnində iştirak etmək üçün Londona gəlib.

APA-nın Britaniya bürosu xəbər verir ki, dövlət başçısının təyyarəsi London yaxınlığındakı Stansed aeroportuna enib.

Qeyd edək ki, dəfn mərasimi 19 sentyabrda Vestminister abbatlığında keçiriləcək. Mərasimdə iştirak etmək üçün yaxın 24 saat ərzində bir çox dünya liderinin Britaniyaya səfəri gözlənilir.

Xatırladaq ki, Kanadanın baş naziri Castin Trudo artıq Britaniyadadır. O, Kral Çarlzla görüşəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.