Alyaskada qasırğa ciddi dağıntı törədib

ABŞ-ın Alyaska ştatında qasırğa ciddi dağıntılara səbəb olub.

APA xəbər verir ki, sahilyanı ərazilərdə küləyin sürəti saatda 145 kilometrə çatıb. Okeanda dalğanın hündürlüyü 3 metri keçib. Alyaska Universitetinin məlumatında bildirilir ki, Berinq dənizində son 50 ildə belə hal qeydə alınmayıb.

Daşqın sahilyanı qəsəbələrdə infrastruktura ciddi ziyan vurub, tikililər su altında qalıb. Dalğalar azı 3 evi yuyaraq dənizə aparıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.