Atəşkəsə riayət etməklə bağlı ABŞ Tacikistan və Qırğızıstanı çağırış edib

Birləşmiş Ştatlar Tacikistan və Qırğızıstan sərhədindəki münaqişədən narahatlığını bildirib.

APA “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.

O bildirib ki, mülki əhalinin həyatı təhlükə altındadır və zərərçəkənlərə başsağlığımızı elan edirik: “Biz hər iki tərəfi atəşkəsə hörmət etməyə və diplomatiya yolu ilə sakitliyi bərqərar etmək üçün səyləri artırmağa çağırırıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.