İran prezidenti sabah Nyu-Yorka səfər edəcək

İran prezidenti İbrahim Rəisi sabah Nyu-Yorka səfər edəcək.

APA-nın Tehran bürosunun məlumatına görə, İran prezidenti Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək məqsədilə 19 sentyabrda Nyu-Yorka yola düşəcək.

ABŞ-ın CBS telekanalı İran prezidenti İbrahim Rəisi və ABŞ prezidenti Co Baydenin müsahibəsini bu axşam yayımlayacağını açıqlayıb.

Kanal bu müsahibələri bir-birinin ardınca yayımlanacaq və ilk olaraq İran prezidentinin müsahibəsi yayımlanacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.