Qırğızıstan rəhbəri sentyabrın 19-nu Tacikistanla münaqişədə həlak olanlar üçün matəm günü elan edib

Qırğızıstan prezidenti Sadır Cəfərov sentyabrın 19-nu Tacikistanla sərhəddə baş verən toqquşmalarda həlak olanlar üçün milli matəm günü elan edib.

APA xəbər verir ki, bu barədə bu gün dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

“Qırğızıstan Respublikasının Prezidenti Sadır Cəfərov 19 sentyabr 2022-ci il tarixinin Qırğızıstan Respublikasında ümummilli matəm günü elan edilməsi haqqında sərəncam imzalayıb”, – məlumatda deyilir.

Prezidentin sərəncamında qeyd olunduğu kimi, ümummilli matəm günündə ölkə ərazisində, habelə xaricdəki diplomatik və konsulluq müəssisələrinin binalarında respublika bayraqları yarıya qədər endirilir. Prezident mədəniyyət müəssisələrinə sentyabrın 19-da əyləncə tədbirlərinin və verilişlərin ləğv edilməsini də tövsiyə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.