Şəmkirdə iki minik maşını toqquşub, xəsarət alanlar var

Şəmkirdə 3 nəfərin xəsarət alması ilə nəticələn yol qəzası baş verib.

APA-nın yerli bürosunu məlumatına görə, hadisə rayonun Yeni Həyat yolunda qeydə alınıb.

Hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 1964-cü il təvəllüdlü Həsənov Ədalət, 1992-ci il təvəllüdlü Əliyev Röyal və 2000-ci il təvəllüdlü Hüseynli Hüseyn xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Yaralıların vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.