Şəmkirdə maşın piyadanı vuraraq öldürüb – VİDEO

Şəmkirdə piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yol keçmək istəyən 39 yaşlı R.Əsgərovu vurub.

Piyada xəstəxanaya aparılsa da onun öldüyü məlum olub. Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.