Tacikistanla sərhəddə ölən Qırğızıstan vətəndaşlarının sayı 46-ya çatıb

Tacikistanla sərhəddə gedən döyüşlər nəticəsində həlak olan Qırğızıstan vətəndaşlarının sayı 10 nəfər artaraq 46 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyi məlumat yayıb.

“Batken bölgəsindən alınan əməliyyat məlumatlarına əsasən, daha 10 nəfərin cəsədi Batkenin səhiyyə təşkilatlarına daxil olub. Batken bölgəsində silahlı qarşıdurma nəticəsində ölənlərin ümumi sayı 46 nəfərdir”, – məlumatda bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.