Tayvanda 7,2 bal gücündə zəlzələ baş verib

Bazar günü Tayvanın şərqində 7,2 bal gücündə zəlzələ baş verib.

APA xəbər verir ki, bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi məlumat yayıb.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, yeraltı təkanların episentri Yujing bölgəsində, ocaq isə təxminən 10 km dərinlikdə yerləşib.

Yaponiyanın Okinava prefekturasındakı Miyakojima adasında sunami xəbərdarlığı edilib. Dalğanın hündürlüyü təxminən 1 m ola bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.