Tayvanda zəlzələ nəticəsində bir nəfər ölüb, 79 nəfər yaralanıb

Tayvanın şərqində 6,8 bal gücündə zəlzələ baş verib.

APA adanın mərkəzi informasiya agentliyi mələmat yayıb.

Hadisə nəticəsində azı bir nəfər ölüb, 79 nəfər yaralanıb.

Yeraltı təkanlar körpülərə, yollara, binalara və infrastruktura ziyan vurub.

Hualien əyalətinin Yuyli qəsəbəsində sement zavodunun işçisi dağıntılar altında ölüb.

Həmin qəsəbədə ticarət mərkəzinin fəaliyyət göstərdiyi üçmərtəbəli ev uçub.

Dağıntılar altında dörd nəfər, o cümlədən bir qadın və beş yaşlı qız qalıb.

Xilasedicilərin onları çıxarması üç saatdan çox çəkib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.