Yardımlı sakini özünü Şirvanda yandırıb

Şirvanda yaşayan Yardımlı rayon sakini, 1990-cı il təvəllüdlü Abdiyev Elmir Pənahəli oğlu özünü yandırıb.

APA-nın Mil-Muğan bürosu xəbər verir ki, üçüncü dərəcəli yanıq xəsarəti alan E. Abdiyev Şirvan xəstəxanasına yerləşdirilib.

Onun Bakıya – yanıq şöbəsinə yola salınacağı gözlənilir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.