Ərdoğan: “Türkiyə terrorun bütün formaları ilə mübarizəni qərarlı şəkildə davam etdirir”

Terror, təəssüf ki, sərhəd tanımayaraq bütün ölkələrə təsir edir. Türkiyə on minlərlə vətəndaşının terror qurbanı olduğu terrorun qanlı üzünü çox yaxşı bilən bir ölkədir.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində çıxışı zamanı deyib.

O qeyd edib ki, ölkəsi 40 ilə yaxındır ki, terrorla mübarizə aparır: “Çox zaman yalnız buraxılsaq da, PKK, PYD/YPG, FETÖ və İŞİD də daxil olmaqla, terrorun bütün formaları ilə mübarizəmizi qərarlı şəkildə davam etdiririk”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.