Ərdoğan Yəmən Prezident Şurasının sədri ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yəmən Prezident Şurasının sədri Rəşad Məhəmməd əl-Alimi ilə görüşüb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, görüş tərəflərin Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində baş tutub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.