BƏƏ neft hasilatını artırmaq planını sürətləndirib

Birləşmiş Ərəb Əmirlikləri neft hasilatını artırmaq planının həyata keçirilməsini sürətləndirib.

“APA-Economics” bu barədə “Bloomberg” mənbələrinə istinadən xəbər verir. Məlumata görə, BƏƏ dünya daha təmiz enerjiyə keçməzdən əvvəl öz neft ehtiyatlarından mənfəət əldə etməyə çalışdığı üçün neft hasilat imkanlarını artırmaq planını sürətləndirib.

Məlumata görə, BƏƏ-nin demək olar ki, bütün neftini hasil edən “Abu Dhabi National Oil Co.” şirkəti, əvvəllər elan edildiyi kimi 2030-cu il üçün deyil, 2025-ci il üçün gündə 5 mln. barel istehsal planlaşdırır.

Qeyd olunub ki, ötən ay BƏƏ-nin gündəlik neft hasilatı 3,4 mln. bareldən bir qədər az olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.