Bayden koronavirus pandemiyasının sona çatdığını elan edib

ABŞ prezidenti Co Bayden koronavirus pandemiyasının arxada qaldığını bildirib.

APA xəbər verir ki, bu barədə Bayden CBS telekanalına müsahibəsində bildirib.

“Pandemiya bitdi. Hələ də COVID-lə bağlı problemimiz var. Biz hələ də bəzi məsələlər üzərində işləyirik. Heç kim maska ​​taxmır. Görünür, hamı yaxşı vəziyyətdədir”, – deyə Bayden bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.