Prokurorluq Saatlı İcra Hakimiyyətinin əməkdaşının iş otağında ölməsini araşdırır – YENİLƏNİB

Saatlı rayon İcra Hakimiyyətinin əməkdaşı Əhəd Behbudovun iş otağında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan faktla bağlı hazirda Saatlı Rayon Prokurorluğunda araşdırma aparılır.

***

19.14

Saatlı rayon İcra Hakimiyyətinin əməkdaşı iş otağında ölmüş halda aşkar edilib.

APA-nın Mil-Muğan bürosu xəbər verir ki, Saatlı İcra Hakimiyyətində ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi işləyən rayonun Telmankənd kənd sakini, 1987-ci il təvəllüdlü Əhəd Cavanəli oğlu Behbudovun İH-də iş otağında meyiti tapılıb.

Onun sentyabrın 16-dan telefon zənglərinə cavab vermədiyi bildirilir.

Ölümün səbəbi araşdırılır.

Faktla bağlı Saatlı prokurorluğunda araşdırma başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.