Tacikistanla sərhəd münaqişəsində həlak olan qırğızların sayı 59-a çatıb

Qırğızıstan Tacikistan sərhədində baş verən silahlı münaqişə nəticəsində ölən qırğızıstanlıların sayı artıb.

APA xəbər verir ki, bu barədə Qırğızıstan Səhiyyə Nazirliyi məlumat verib.

Sərhəddəki insident nəticəsində ölənlərin sayı 59-a çatıb.

144 nəfərin yaralandığı bildirilir.

Xatırladaq ki, sentyabrın 16-da səhər saatlarında Qırğızıstan və Tacikistan sərhədində silahlı toqquşmalar yenidən başlayıb.

Sentyabrın 19-u Qırğızıstanda milli matəm günü elan edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.