TDT Qırğızıstan-Tacikistan sərhədindəki gərginliklə bağlı bəyanat yayıb

Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Qırğızıstan-Tacikistan dövlət sərhədində davam edən silahlı münaqişələrdən böyük narahatlığını ifadə edərək, dərhal atəşkəs əldə etməyə və mübahisələrin danışıqlar masasında siyasi və diplomatik yollarla həllinə çağırır.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə təşkilatın bəyanatında deyilir.

Qeyd olunub ki, TDT, mülki şəxslərə və mülki infrastruktura, o cümlədən dövlət məktəblərinə qarşı ağır hərbi silahların istifadəsi ilə hücum edilməsini pisləyir və maksimum təmkinli olmağa, insidentin qarşısını almaq və mövcud dinc vasitələrlə gərginliyi azaltmaq üçün təcili addımlar atmağa çağırır.

“TDT, təşkilatın qurucu üzvü olan Qırğızıstanın vəziyyətin sülh yolu ilə həlli istiqamətindəki səylərini dəstəklədiyini bildirir və Mərkəzi Asiyada daimi sülh və sabitlik üçün danışıqların vacibliyini xatırladır. Biz ümid edirik ki, danışıqlar nəticəsində iki tərəf arasında fikir ayrılıqları və etimadsızlıq aradan qalxacaq və etimadın yaradılması üçün lazımi addımlar atılacaq”, – bəyanatda vurğulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.