UEFA-nın klub reytinqində

Avrokubokların qrup mərhələsində II tur başa çatıb.

Apasport.az saytının məlumatına görə, bu matçların yekununa əsasən UEFA-nın klub reytinqi açıqlanıb.

Siyahıda Azərbaycanı 7 klub təmsil edir. Ən yaxşı təmsilçimiz “Qarabağ”dır.

22,000 xala malik Ağdam klubu 65-ci yerə şərikdir. Qurban Qurbanovun yetirmələri Rusiya “Lokomotiv”i, Rumıniya təmsilçisi ÇFR-i və Çexiyanın “Viktoriya” klubu ilə şərikdir.

Ötən reytinqdə 63-67-ci yerləri bölüşən “dördlük” bir pillə geriləyib. Hazırda 64-68-ci olan “Qarabağ” və şəriklərini “Başakşəhər” keçib. Düzdür, ağdamlılar II turda “Nant”ı 3 cavabsız qolla üstələyib. Amma ilk iki turda qələbələri sıralayan İstanbul təmsilçisi irəliləməyi bacarıb.

Digər klublarımız isə “100-lük”dən uzaqdır. “Neftçi” 9,000 xalla 146-cı, “Qəbələ” 4,000 xalla 290-cı, “Şamaxı”, 3,000 xalla 312-ci yerə şərikdir. “Zirə”, “Səbail”, “Sumqayıt” isə 3,025 xalla 331-ci pilləni bölüşür.

Qeyd edək ki, cədvələ 120,000 xala malik “Mançester Siti” başçılıq edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.