Ziyafət Əsgərov: “Azərbaycanın Ermənistan ərazisində gözü yoxdur”

“Biz təklif edirik ki, təhlükəsiz zona yaradılsın və azad edilmiş ərazilərə köçürüləcək məcburi köçkünlərimiz özlərini rahat hiss etsinlər”.

APA xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Ziyafət Əsgərov deyib.

O bildirib ki, Azərbaycan münaqişənin bitdiyini desə də, hər zaman Orduya hazır vəziyyətdə olmaq tapşırılıb: “Bu gün içimizdə sapı özümüzdən olan baltalar var ki, ermənilərə yas tutur, Azərbaycanı Ermənistan ərazisinə girməkdə ittiham edirlər. Bu qədər satqınlıq olar? Bu qədər xəyanət olar?! İnana bilmirsən ki, bu insanlar doğrudan da Azərbaycan vətəndaşıdır. Biz Ermənistanın təxribatlarına cavab veririk. Narahat olanlara bir daha deyirəm ki, Azərbaycanın Ermənistan ərazisində gözü yoxdur”.

Komitə üzvləri də son baş verən hadisələrlə bağlı fikirlərini bölüşüb, komitə sədrinin fikirlərinə dəstək ifadə ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.