Ərdoğan Amerika Yəhudi İcmasının nümayəndələri  ilə grüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika Yəhudi İcmasının nümayəndələrini qəbul edib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, görüş Ərdoğanın Birləşmiş Millətlər Təşkilatının 77-ci sessiyasında iştirak etmək üçün səfər etdiyi Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nyu-York şəhərində baş tutub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.