ABŞ generalı: Siyasi qərar olarsa Ukrayna F-16 təyyarələrini 2-3 ilə əldə edə bilər

Siyasi qərar qəbul edildiyi təqdirdə Ukrayna F-16 təyyarələrini 2-3 ilə əldə edə bilər.

APA-nın Politico nəşrinə istinadla xəbərinə görə, bunu ABŞ HHQ-nin Avropa üzrə komandanı general Ceyms Heker bildirib.

Generalın sözlərinə görə, Qərb Ukraynaya yardımn edərkən uzunmüddətli perspektivdə düşünür. Çünki Ukraynada münaqişənin aylar deyil, illərlə davam edəcəyi ehtimal olunur.

Hekerin fikrincə, siyasi qərardan sonra təyyarələrin Kiyevə çatdırılması 2-3 il ərzində mümkün olacaq. Bu da logistika və pilotların təlimi ilə bağlıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.