Almaniya Ukraynaya zirehli transportyorlar verib

Almaniya Ukraynaya 2 ədəd “Mars II” yaylım atəşli reaktiv sistemi və 50 ədəd “Dingo” zirehli transportyoru təhvil verib.

APA xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Almaniya tərəfi eyni zamanda Ukrayna hərbçiləri üçün ayın sonunadək təlimlər də təşkil edəcək.

Xatırladaq ki, “Dingo” zirehli transportyoru patrul xidmətləri və şəxsi heyətin daşınması üçün nəzərdə tutulub. Almaniyada ordusunda müxtəlif modifikasiyalardan olan 500-dək belə avtomobil var.

“Mars II” qurğuları tırtıllı şassi üzərində qurulub və HIMARS-ın analoqu hesab edilir. Raketin kütləsi 107 kiloqram, uçuş məsafəsi 40 kilometrdir. Sursat 140 millimetrə qədər qalınlığı olan zirehi dəlib keçə bilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.