Azərbaycan şəkər ixracını kəskin azaldıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 139 728,2 min ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatlar idxal olunub.

“APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, idxalın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,4% artıb.
Cari ilin ilk səkkiz ayında qeyd olunan məhsulların ixracda xüsusi çəkisi 1,58%-ə bərabər olub.

Hesabat dövründə ölkədən 20 890,06 ton şəkər ixrac edilib ki, bu da 2021-ci ilin yanvar-avqust aylarının göstəricisi ilə müqayisədə 56,4% azdır. İxrac edilən məhsulun dəyəri 14 106,36 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni ayının göstəricisindən 43,7% azdır.

Cari ilin ilk səkkiz ayında şəkərin ümumi ixracda xüsusi çəkisi 0,05%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,75%-ə bərabər olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.