Azərbaycanda tərəvəz istehsalı artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycandakı təsərrüfatlarda 1 442,7 min ton tərəvəz istehsal olunub.

“APA-Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 1,3% artıb.

Hesabat dövründə 60,8 min hektar sahədə tərəvəz məhsulları əkilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 1,8 hektar və ya 2,9% azdır.

Cari ilin ilk səkkiz ayında tərəvəz yığımında məhsuldarlıq 237 sentner təşkil edib. Bu, 2021-ci ilin yanvar-avqust aylarının göstəricisindən 9 sentner və ya 3,9% çoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.