Ermənistan və Rusiya arasında əməkdaşlıq planı imzalanıb

Ermənistan və Rusiya İrəvanda keçirilən IX Rusiya-Ermənistan Regionlararası Forumu zamanı 2022-2027-ci illər üçün regionlararası əməkdaşlıq planı imzalayıblar.

APA-nın məlumatına görə, bu barədə Ermənistanın Ərazi İnkişafı və İnfrastruktur Nazirliyinin mətbuat xidməti xəbər yayıb.

Sentyabrın 19-da İrəvanda “Ermənistan-Rusiya əməkdaşlığı. Yeni çağırışlar və imkanlar” mövzusunda forum işə başlayıb.

Tədbirdə iki ölkənin baş nazirinin müavinləri Mqer Qriqoryan və Aleksey Overçuk çıxış ediblər.

Bundan əlavə, Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Vaçe Terteryan və Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç 2022-2027-ci illər üçün regionlararası əməkdaşlıq proqramı üzrə fəaliyyət planı imzalayıblar.

Dəyirmi masa formatında keçirilən plenar iclasdan sonra “Ermənistan və Rusiya arasında rəqəmsal formatda əməkdaşlıq”, “Müasir şəraitdə logistika, maliyyə və investisiya”, “Turizm potensialının inkişafı”, “Ermənistan regionları ilə Rusiya Federasiyasının regionları arasında humanitar inkişaf” mövzuları ətrafında müzakirələr aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.