Gəncədə bıçaqlanan yeniyetmə vəfat edib – YENİLƏNİB-1

Gəncədə baş verən qətlinin bəzi təfərruatları məlum olub.

APA-nın xəbərinə görə, ölən şəxsin atası Vidadi Novruzov dava edib.

Bu zaman V.Novruzov övladını köməyə çağırıb. Nəticədə Vidadi Novruzovun oğlu Həsən Novruzov və atası bıçaqlanıb. H.Novruzov xəstəxanada ölüb.

***

00.24

Gəncədə bıçaqlanan şəxs vəfat edib.

APA-nın xəbərinə görə, o, xəstəxanada dünyasını dəyişib.

***

23.47

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin “Köhnə maşın bazarı” adlanan ərazisində qeydə alınıb.

2005-ci ildə anadan olmuş Novruzov Həsən bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstə əməliyyat edilib, vəziyyətinin ağır olduğu bildirilir. Hadisənin səbəbləri araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.