Özbəkistanla hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə edilib

Ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası Müdafiə Nazirliyinin Hərbi kadrların hazırlanması idarəsinin nümayəndə heyəti Milli Müdafiə Universitetini ziyarət ediblər.

Müdafiə Nazirliyindən APA-ya verolən məlumata görə, qonaqlara Milli Müdafiə Universitetinin yaranma tarixi, təhsil sistemi və tədris prosesi, eləcə də elmi fəaliyyəti haqqında brifinq təqdim olunub, müzakirələr aparılıb.
Görüşdə Azərbaycan ilə Özbəkistan arasında hərbi təhsil sahəsində qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb.
Sonda qarşılıqlı maraq doğuran məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.