Vudi Allen haqqındakı iddiaları təkzib etdi

Vudi Allen haqqında təqaüdə çıxmaq iddialarına cavab verib.

Kulis.az türk mətbuatına istinadla xəbər verir ki, məşhur rejissor kinodan gedəcəyi xəbərini təkzib edib.

Rejissorun köməkçiləri bu iddiaların yalan olduğunu vurğulayıb:

“Vudi Allen dedi ki, nə təqaüdə çıxacaq, nə də roman yazacaq. O, film çəkməyəcəyini söylədi. Sadəcə filmlərin rəqəmsal platformalarda yayımlanmasını sevmir. Onun hazırda təqaüdə çıxmaq fikri yoxdur. O, Parisdə 50-ci filmini çəkəcəyi üçün çox həyəcanlıdır”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.