“Əl Cəzirə”də azad edilmiş ərazilər barədə reportaj yayımlanıb – VİDEO

“Əl Cəzirə” telekanalında işğaldan azad edilmiş ərazilərlə bağlı reportaj yayımlanıb.

APA xəbər verir ki, telekanalın reportyoru Çarlz Stratford bildirir ki, 2020-ci ildə baş verən müharibə nəticəsində Azərbaycan Ordusu 30 illik işğala son qoyub.

Reportyor tamaşaçıların diqqətinə azad edilmiş ərazilərdəki mina problemini də çatdırır.

“Pelosi Ermənistana səfəri zamanı Azərbaycanın “qanunsuz” hücumunu pisləyib” adlı reportajda Azərbaycanın bu ərazilərdə infrastrukturun qurulması üçün milyard dollarla vəsait xərclədiyi, eyni zamanda, yeni yollar və tunellərin inşa olunduğu da yer alıb.

“Zəfər yolu” adlı yeni çəkilən yol bizi Qarabağa, Şuşa şəhərinə aparır. Bu şəhər də iki il əvvəl müharibə zamanı azad olunub. Azərbaycan üçün çox vacib mədəniyyət paytaxtı olan Şuşa hələ də dağıntılar içərisindədir. Bir zaman elm və sənət adamlarının yaşadığı evlərin, həmçinin məscidlərin renovasiyası davam edir. Ancaq şəhərə hələ sakinlər dönməyib, burada yalnız hərbçilər və tikinti işçiləri var”, – reportyor bildirib.

Reportajda Azərbaycanın Xankəndi şəhəri haqqında da məlumat verilib. Qeyd olunub ki, qondarma “respublikanı” dünyanın heç bir ölkəsi tanımayıb və Qarabağın ən böyük şəhəri Xankəndidir.

“Əl Cəzirə”nin reportyoru Laçın dəhlizindən də danışıb, ərazidəki Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətinə toxunub.

Reportajda Azərbaycan-Ermənistan sərhədindəki toqquşmalar fonunda Rusiya üzrə analitik Devid Keransın Rusiya-Azərbaycan münasibətlərinə dair fikirləri də yer alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.