Əminə Yusifqızı haqqında yayılanlara aydınlıq gətirib: “Səhhətimdə heç bir problem yoxdur”

Xalq artisti, “Şöhrət” ordenli aktrisa, bədii qiraətçi Əminə Yusifqızı səhhəti ilə bağlı yayılan məlumatın yalan olduğunu bildirib.

Bu barədə APA-ya aktrisa özü məlumat verib.

Bildirib ki, hazırda səhhətində heç bir problem yoxdur.

“Özümü yaxşı hiss edirəm, səhhətimdə heç bir problem yoxdur. Bilmirəm, bu xəbəri kim necə uydurub? Mən hər verilişə getmirəm, görünür, adamlar buna görə hesab edirlər ki, mənə nəsə olub. Amma heç bir şey yoxdur, hər şey yaxşıdır”, – deyə bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.