Ərdoğan:

Təxminən yarım əsir işğal, münaqişə, terrorizm və səfalət kimi problemlərlə mübarizə aparan Əfqanıstan yeni bir sınaqdan keçir.

APA-nın İstanbul müxbirinin İsrail KİV-lərinə istinadən verdiyi xəbərə görə, bu barədə Birləşmiş Millətlər Təşkilatının 77-ci Baş Assambleyasında (BMT) çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O qeyd edib ki, ölkədəki müvəqqəti hökumət insan haqqlarının qorunması baxımından addımlar atmaqla ümüdverici proseslərə start verə bilər.

Türkiyə çətin günlərini yaşayan əfqan qardaşlarını dəstəkləməyi davam etdirəcək.

Türkiyə lideri Hindistan və Pakistan arasında da 70 il ərzində sülhün təmin edilməməsini də vurğulayıb:

“Bu bizi çox kədərləndirir. İstəyimiz Kəşmirdə ədalətli və davamlı sülh və hüzura nail olunmasıdır. Yaxın günlərdə yaşanan sel fəlakəti səbəbi ilə son dərəcə sıxıntılı günlər yaşayan Pakistan xalqına təkrardan keçmiş olsun deyirik. Humanitar yardım işlərimizi ara vermədən davam etdirirk. Beynəlxalq ictimaiyyətin də Pakistan xalqına bu dönəmdə dəstək verməsini gözləyirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.