ATƏT Baş katibi Azərbaycan-Ermənistan sərəhdindəki son toqquşmalardan narahatdır

APA xəbər verir ki, bu barədə ATƏT-in Baş katibi Helqa Şmit Azərbaycanın axarici işlər naziri Ceyhun Bayramovla BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsindəki görüşündə bildirib.

ATƏT Baş katibi Helqa Şmit son toqquşmalardan narahatlığını bildirərək, itkilərə görə baş sağlığı diləklərini çatdırıb.

Baş katib ATƏT-in bölgədə uzunmüddətli təcrübələri nəzərə alınaraq, normallaşma prosesinə dəstək verməyə hazır olduqlarını bildirib.

Tərəflər Azərbaycan-ATƏT əməkdaşlığı məsələləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.