“Bakcell” və

Bu gün axşam saatlarında “Nar” şəbəkəsində yaranmış texniki nasazlıq aradan qaldırılıb.

Bu barədə APA-ya “Nar” şirkətindən bildirilib.

Qeyd olunub ki, şəbəkə xidmətlərində yaranan çətinlik bütün ölkə ərazisində tamamilə aradan qaldırılıb.

***

22.01

Bu gün axşam saatlarında “Bakcell” şəbəkəsində yaranmış texniki nasazlıq aradan qaldırılıb.

Bu barədə APA-ya “Bakcell” şirkətindən bildirilib.

Qeyd olunub ki, artıq abunəçilər rahatlıqla “Bakcell” xidmətlərindən istifadəyə davam edə bilərlər. Nasazlığın səbəbləri ilə bağlı məlumat veriləcək.

***

19.33

Texniki nasazlıqla əlaqədar xidmətlərin göstərilməsində məhdudiyyətlər yaranıb.

“Bakcell” şirkətinin PR və korporativ kommunikasiyalar üzrə direktoru Süheylə Cəfərova “APA-Economics”ə bildirib ki, texniki heyət çətinliyin tez bir zamanda aradan qaldırılması üçün işlər görür.

“Yaranan çətinliyə görə dəyərli abunəçilərimizdən üzr istəyir və tez bir zamanda xidmətlərimizin bərpa olunacağını bildiririk. Abunəçilərimizə əlavə məlumat veriləcək”, – şirkət rəsmisi vurğulayıb.

NAR-dan verilən məlumatda qeyd olunub ki, texniki çətinliklə əlaqədar şəbəkə xidmətlərində müvəqqəti fasilə yaranıb: “Hazırda heyətimiz xidmətlərin ən qısa zaman ərzində bərpa edilməsi üçün çalışır.

Yaranmış texniki çətinliyə görə abunəçilərimizdən üzr istəyirik. Əlavə məlumat təqdim ediləcək”.

***

19:18

“Bakcell” və NAR mobil operatorlarında şəbəkə problemi yaranıb.

“APA-Economics”in əldə etdiyi məlumata görə, problem texniki xarakterlidir.

Mobil operatorların şəbəkəsində texniki nasazlıq səbəbindən abunəçilərin rabitə və data xidmətlərinə çıxışı məhdudlaşdırılıb.

Hazırda texniki nasazlığın aradan qaldırılması üçün tədbirlər görülür.

Problemin qısa zamanda aradan qaldırılacağı gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.