İstanbulda kran aşıb, 2 nəfər ölüb

İstanbulun Sancaktepe rayonunda metrostansiyasının tikintisi zamanı qüllə kranı aşıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə “Sabah” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, nəticədə 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Hadisə yerinə çoxlu sayda səhiyyə və polis qrupları cəlb edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.