Korotçenko: “Rusiyanın Zəngəzur dəhlizi və onun eksterritorial statusu ilə bağlı mövqeyi dəyişməzdir”

Rusiyanın Zəngəzur nəqliyyat dəhlizi ilə bağlı mövqeyi dəyişməzdir. APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiyanın “Nasionalnaya Oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko bildirib.

Onun sözlərinə görə, Rusiyanın Zəngəzur nəqliyyat dəhlizinin tezliklə işə salınmasının zəruriliyi və onun eksterritorial statusu ilə bağlı mövqeyi dəyişməz olaraq qalır:

“Bu layihənin praktiki həyata keçirilməsi üçün Nikol Paşinyan hökuməti və yaxud onun yerinə gələcək hər kəs bununla hesablaşmalı və nəzərə almalı olacaq”, – deyə rusiyalı ekspert “Telegram” hesabında yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.