MM komitə sədri:  “Qarabağa Böyük Qayıdışla bağlı qanunvericilik aktı artıq hazırdır”

“Qarabağa Böyük Qayıdışla bağlı qanunvericilik aktı artıq hazırdır”.

APA xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında komitə sədri Zahid Oruc deyib.

Komitə sədri bildirib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi hökumətin müvafiq müxtəlif strukturları ilə razılaşdıraraq parlamentə məlumat verib: “Dövlət Komitəsinin təşəbbüsü yoxdur. Parlament və Prezident Adminstrasiyasının əməkdaşlığı çərçivəsində bu sənəd üzərində son tamamlama işləri gedir. Mən də bunu sənədi parlamentin sədri Sahibə Qafarovaya təqdim etmişəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.