Tovuz, Ağstafa və Qazaxın içməli su təminatına 24 milyon manat xərclənəcək

“Azərsu” ASC Tovuz, Ağstafa və Qazax rayonlarının bir sıra sərhədyanı kəndlərinin içməli su təminatının yaxşılaşdırılması” işlərinin satın alınması üzrə tenderə yekun vurub.

“APA-Economics” dövlət vahid elektron satınalmalar portalına istinadən xəbər verir ki, tenderin qalibi “T.T.Ş. İnşaat” MMC seçilib.

“Azərsu” ASC-nin şirkətlə bağladığı müqavilənin dəyəri 23 milyon 740 min 789 manat təşkil edib. Müqaviləyə əsasən, “T.T.Ş. İnşaat” gələn ilin sonuna kimi sözügedən kəndlərinin içməli su təminatı ilə bağlı işləri yekunlaşdırmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.