Ukraynada saxlanılan 5 britaniyalı əsir geri qaytarılır

Ukraynanın şərqində Rusiyanın nəzarətində olan ərazilərdə saxlanılan 5 britaniyalı azad edilib və təhlükəsiz şəkildə geri qaytarılır.

APA-nın Britaniya bürosunun xəbərinə görə, bu barədə Britaniya baş naziri Liz Trass Tvitter hesabında yazıb:

“Ukraynanın şərqində Rusiya tərəfindən dəstəklənən qüvvələrin saxladığı beş Britaniya vətəndaşının təhlükəsiz şəkildə geri qaytarılması, onlar və ailələri üçün aylarla davam edən qeyri-müəyyənliyə və əzablara son qoyulması xəbəri çox xoşdur”,- deyə Baş nazir qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.